Respublikaçılar Baydenə qarşı impiçment qərarını təqdim edirlər

...ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvləri prezident Cozef Baydenin impiçmenti üçün istintaqın davam etdirilməsini tələb edən qətnamənin mətnini yayıblar. SİA-nın əldə etdiyi məlumata görə, qətnamə Şimali Dakota ştatından konqresmen Kelli Armstronqun adından baxılmaq üçün təqdim edilib.

Qeyd edilir ki, sənəd Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq, Gəlir və Xərclər eləcə də Məhkəmə-Hüquq Komitələrinin impiçment prosedurlarının davam etdirilməsini tələb edir.

Sənədin mətnində deyilir ki, onlar Nümayəndələr Palatasının impiçmentin konstitusiya səlahiyyətini həyata keçirməsi üçün kifayət qədər əsasların olub-olmadığını öyrənməli olacaqlar.

Respublikaçılar ümid edirlər ki, qanunvericilər dekabrın 12-də qətnaməni nəzərdən keçirəcəklər ki, onlar növbəti gün ona səs verə bilsinlər.

Onu da qeyd edək ki, daha əvvəl Amerika Konqresinin Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin rəhbəri Cim Cordan Baydenin impiçmenti ilə bağlı qərarın 2024-cü ilin əvvəlində veriləcəyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə