Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, ölkə anti-Rusiya sanksiyalarından əl çəkməli və Moskva ilə dialoqa başlamalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya tərəfi heç vaxt əməkdaşlıqdan imtina etməyib. Eyni zamanda, Dodon bildirib ki, Kişinyov Rusiya ilə danışıqların gedişatını qəsdən “baltalayır” və bu, guya Moldovanın maraqlarına ziddir.

... Dekabrın 4-də Moldova tərəvəz və meyvələrinin Rusiya Federasiyası bazarına idxalına qadağa qüvvəyə minib. Bu qadağanın tətbiqini izah etməyin ən asan yolu Rusiya tərəfinin siyasi motivləridir ki, bizim hakimiyyət bunu edir.

Bunu deyən Dodon, həmçinin vurğulayıb ki, ötən il ölkələr oxşar qadağanın aradan qaldırılması ilə bağlı razılığa gələ biliblər, lakin indi Kişinyovun siyasəti ucbatından belə danışıqların aparılması mümkün deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə