İtaliya vətəndaşı Rusiyada qatarı partladıb..?

Rusiya Federasiyasında ikili vətəndaşlığı olan - rus və italyan bir şəxs Ukrayna hərbi kəşfiyyatının təşkil etdiyi təxribat kampaniyası çərçivəsində dəmiryol relslərinə bomba yerləşdirdiyinə görə saxlanılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya müstəntiqlərinin məlumatına görə, həbs edildikdən sonra, Ryazan sakini olan 1988-ci il təvəllüdlü bir şəxs, guya, noyabrın 11-də partlayan əldəqayırma bomba yerləşdirdiyini və nəticədə mərkəzi hissədə yük qatarını relsdən çıxardığını etiraf edib.

...Dindirilmə zamanı saxlanılan şəxs 2023-cü ilin fevralında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı tərəfindən işə götürüldüyünü etiraf edib.

Bunu Rusiyanın İstintaq Komitəsi bildirib.

Ruslar onu da bildiriblər ki, guya saxlanılan şəxs guya Latviyada Latviya xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə təxribat təlimi keçdiyini etiraf edib.

Maraqlıdır ki, bunları yazan rus saytları daha sonra bu məlumatların düzgünlüyünü yoxlamağın hələlik mümkün olmadığını bildirirlər.

Amma məlum olan odur ki, noyabrın 11-də Moskvadan təxminən 177 km cənub-şərqdə, Rıbnoye şəhəri yaxınlığında yük qatarı faktiki olaraq relsdən çıxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə