Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müxalifətdəki “Lelo” partiyasının irəli sürdüyü ölkənin ruslardan təmizlənməsi konsepsiyasını dəstəklədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, o, öz Facebook səhifəsində bu məsələni bütün gürcülər üçün ümumiləşdirməyə çağırıb.
...De-rusizasiya hər kəsin etməli olduğu şey olmalıdır və onu təxirə salmaq hansısa ciddi xəstəliyin müalicəsini təxirə salmaqla eynidir. Milli bədənimizi ölümlə hədələyən rus virusu bütün cəmiyyətin immunitetini və gücünü səfərbər etməlidir. Bu səfərbərlikdə hər kəsin öz cəbhəsi var.
Saakaşvili bildirib bunu.
“...Qələbə Koalisiyası özünün ən yaxşı keyfiyyətlərini göstərməlidir, digər partiyalar da özünü göstərməlidir və mən onlara bu işdə uğurlar arzulayıram”.
Bunu da Saakaşvili yazıb.
Yadımdaykən qeyd edim ki, de-rusizasiya keçmiş SSRİ ərazisində və daha geniş mənada, bir sıra dövlətlərdə rus dilinin və rus mədəniyyətinin, habelə etnik cəhətdən rus və ya rusdilli əhalinin həyatın müxtəlif sahələrindən sıxışdırılması prosesidir.
Deyim ki, bu rusların yazdıqlarıdır.
Yeri gəlmişkən, “Lelo” partiyası rusların və rus şirkətlərinin Gürcüstan hökumətinin tenderlərində iştirakına qadağa qoyulmasını təklif edib. Müxalifətin təşəbbüsünə görə, bu, Gürcüstanın Qərb tərəfdaşlarının dövləti anti-Rusiya sanksiyalarından yan keçməkdə ittiham etməməsi üçün lazımdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB