Ermənilər yenə də gəlmədiblər..?

Rusiyanın TASS dövlət agentliyi “Moskvadakı yüksək vəzifəli mənbəyə” istinadən Ermənistanın baş naziri Nikol Paşinyanın “Vladimir Zelenskinin yolu ilə getdiyini” və Ermənistanın özünün isə “başqa Ukraynaya” çevrildiyini yazıb
Ermənilər yenə də gəlmədiblər..?

Ermənistan öz təhdidini həyata keçirərək Rusiya ilə nümayişkaranə qarşıdurmaya başlayıb, tarixdə ilk dəfə MDB təhlükəsizlik şuraları rəhbərlərinin çərşənbə günü səhər Moskvada başlayan iclasında iştirakdan imtina edib.

Ermənistan Təhlükəsizlik Şurasının nümayəndələri 32 ildə ilk dəfə həmkarlarının iclasını buraxıblar.

SİA-nın əldə etdiyi məlumata görə, MDB ölkələrinin təhlükəsizlik şuraları rəhbərlərinin Moskvada başlayan iclasında Ermənistanı bu ölkənin Rusiyadakı səfiri Vaqarşak Arutyunyan təmsil edir.

“RİA Novosti” yazır ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev danışıb. Agentlik qeyd edib ki, belə görüşlər tarixində ilk dəfə olaraq Ermənistan Təhlükəsizlik Şurasının nümayəndəsi Rusiya paytaxtına gəlməyib.

Qeyd etdiyimiz kimi, çərşənbə günü Moskvada təhlükəsizlik şuraları rəhbərlərinin 11-ci iclası keçirilir. Bütün əvvəlki görüşlərdə olduğu kimi, orada da Ermənistan nümayəndə heyəti var. Lakin əvvəllər ölkənin Təhlükəsizlik Şurasının nümayəndələri təmsil edirdisə, bu dəfə ölkəni səfir təmsil edir.

Yeri gəlmişkən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvadakı görüşə gəlməyəcəyi yalnız bir gün əvvəl məlum olub. Departamentin mətbuat katibi Tatevik Petrosyan bu qərarın səbəblərini açıqlamayıb. O, həmçinin Ermənistanı digər rəsmilərin təmsil edib-etməyəcəyini də dəqiqləşdirməyib.

Rus saytlarının yazdığına görə, İrəvan artıq Avropa İttifaqı ilə təmasları gücləndirib və bir müddət əvvəl Paşinyan KTMT üzvlüyünü saxlamaqda ölkəsi üçün heç bir fayda görmədiyini bildirib.

Xatırladaq ki, sentyabrda Ermənistanda ABŞ sülhməramlı qüvvələri ilə birgə hərbi təlimlər keçirilib.

Oktyabrda Paşinyan MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasını buraxıb.

Bunun fonunda Rusiyanın TASS dövlət agentliyi “Moskvadakı yüksək vəzifəli mənbəyə” istinadən Ermənistanın baş naziri Nikol Paşinyanın “Vladimir Zelenskinin yolu ilə getdiyini” və Ermənistanın özünün isə “başqa Ukraynaya” çevrildiyini yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə