Rostov-na-Donuda dronların dağıntıları altı evə ziyan vurub

Rostov-na-Donuda dronların dağıntıları altı evə ziyan vurub

Rostov-na-Donuda bazar günü hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan pilotsuz təyyarənin qalıqları altı fərdi evin və bir avtomobilin damına ziyan vurub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu şəhər administrasiyasının rəhbəri Aleksey Loqvinenko bildirib.

Onun sözlərinə görə, itki yoxdur. Oktyabrın 29-u günortadan sonra şahidlər Rostov-na-Donuda partlayışlar barədə məlumat verdilər və müvafiq videolar internetdə şəhərin ictimai səhifələrində yayılıb.

Bir az sonra Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirdi ki, şəhərin “havadan müdafiə sistemi işləmişdir” və “hava hədəfi vurulub”.

Qolubevin ifadəsinə görə, elə də böyük dağıntı olmayıb. Xatırladaq ki, çərşənbə günü düşmüş pilotsuz təyyarə Kubanda neft emalı zavodunda yanğına səbəb olmuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə