Bu qanun könüllü təslim olanlara şamil edilməyəcək...

Zelenski əsir götürülən ukraynalıların maaşlarının ailələrinə verilməsi haqqında qanun imzalayıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya əsirliyində olan ölkə vətəndaşlarının, habelə “xüsusi şəraitdə” itkin düşmüş vətəndaşların maaşlarının ailələrinə verilməsi haqqında qanunu imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, qanun Rusiya hərbçilərinə könüllü təslim olanlara şamil edilmir.

Həmçinin sənədə əsasən, Rusiyanın hərbi təcavüzü nəticəsində həlak olan Ukrayna hərbçilərinin və polis əməkdaşlarının ailələri, qohumları tərəfindən istifadə olunmayan bütün məzuniyyət günləri üçün pul kompensasiyası ala biləcəklər.

Qeyd edək ki, Ukrayna hakimiyyəti hələ də hərbi əməliyyatlar zamanı həlak olan hərbçi və hüquq-mühafizə orqanları əməkdaşlarının sayını açıqlamır.

Yeri gəlmişkən, Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi ölkənin 10 mindən çox vətəndaşının əsirlikdə ola biləcəyini ehtimal edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə