Hakan Fidan Nyu Yorkda keçirdiyi görüşlərlə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki Türk Evində Avropa Daxili İşlər Komissarı İlva Yohanson ilə görüşüb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində nazir Hakan Fidanın Nyu Yorkda keçirdiyi görüşlərə dair paylaşım edilib.
"Nazirimiz Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Türk Evidə Avropa Daxili İşlər Komissarı İlva Yohansonla görüşüb. Görüşdə viza rejiminin sadələşdirilməsi və qeyri-qanuni miqrasiya ilə mübarizə məsələləri müzakirə edilib",-deyə Xarici İşlər Nazirliyinin paylaşımında vurğulanıb.
Nazirlikdən edilən başka paylaşımda isə Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa Müsəlmanları Təmas Qrupunun toplantısında iştirak etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə