“Bizim də Rusiyanın sülhməramlı missiyasına suallarımız var”

“Bizim də Rusiyanın sülhməramlı missiyasına suallarımız var”

...Mən Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının həyata keçirilməsinin keyfiyyətindən çox razı olduğum təəssüratını yaratmaq istəmirəm. Xeyr, bizim də çoxlu suallarımız var.

SİA-nın əldə etdiyi məlumata görə, bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan blokundan olan deputat Artur Xaçatryan deyib.

Erməni deputata görə, 120 min (?) erməninin fiziki varlığının Rusiya tərəfinin olması ilə müəyyən edildiyi bir şəraitdə Ermənistan-Rusiya münasibətlərində gərginlik ciddi risklərlə doludur.

Maraqlıdır ki, deputat guya belə riskli oyundan çaşdığını dilə gətirib. Səbəb Ermənistanın xarici siyasət vektorunun dəyişməsidir.

Xaçatryan, Ermənistan hakimiyyətinin münaqişə tərəfi olan Türkiyəyə Ermənistan-Azərbaycan proseslərinə girib öz şərtlərini diktə etməyə imkan verdiyini də qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə