Kemerovoda pirotexniki vasitələr olan anbar yanıb

Kemerovoda pirotexniki vasitələr olan anbar yanıb

Kemerovoda pirotexnika anbarında yanğın baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə partlayış səsləri eşidilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tüstü şəhərin hər yerindən görünüb.

Yanğının saat 17:00 radələrində başladığı güman edilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın 750 kvadratmetr sahədə lokallaşdırılıb. Ərazidə 30-dan çox insan və 11 texnika çalışır.

Maraqlıdıtr ki, “Şot” saytı daha əvvəl yanğın sahəsinin 600 kvadratmetr olduğunu, binanın özünün isə uçduğunu iddia edib.

Amma sonradan bu təsdiqlənməyib. “112” Telegram kanalı yanğının ikinci mürəkkəblik dərəcəsinə aid edildiyini yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə