İtaliyalı məşhur pop müğənnisi və bəstəkar Toto Kutunyo vəfat edib
Dünyaşöhrətli italiyalı musiqiçi, pop müğənnisi və bəstəkar Toto Kutunyo 80 yaşında vəfat edib.
SİA-nın əldə etdiyi məlumata görə, uzun müddətdir davam edən xəstəliyinin ağırlaşması səbəbindən Milan şəhərindəki San Raffaele hospitalına yerləşdirilən Toto Kutunyo avqustun 22-də dünyasını dəyişib.
İtaliyanın ən sevilən müğənnilərindən biri olan və dünyada italyan musiqisinin simvolu sayılan Toto Kutunyo 1983-cü ildə eyni adlı albomundakı “L'Italiano” adlı hit mahnısı ilə dünya miqyasında şöhrət qazanıb. Toto Kutunyo həm sözlərini, həm də musiqisini yazdığı “Insieme: 1992” mahnısı ilə 1990-cı ildə Zaqreb şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub, Sanremo musiqi festivalında 15 dəfə iştirak edib, karyerası ərzində bir çox sənətçi üçün hit mahnılar bəstələyib. O, 2013-cü ildə Bakı səhnəsində də çıxış edib.
Toto Kutunyonun dəfn mərasimi avqustun 24-də Milanda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB