Rusiyada polis çatışmamazlığı..?

Rusiyada polis çatışmamazlığı..?

Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev idarənin şəxsi heyətində “kritik kadr çatışmazlığı” olduğunu açıqlayıb. Onun sözlərinə görə, təkcə ötən ay daxili işlər orqanlarını 5 min nəfər tərk edib.

SİA-nın əldə etdiyi məlumata görə, Kolokoltsev belə bir kadr axınının səbəbinin nədən ibarət olduğunu açıqlamaqda çətinlik çəkib.

Amma maraqlıdır ki, BBC Rus Xidmətinin qeyd etdiyi kimi, Rusiya adambaşına düşən polis işçiləri sayına görə hələ də dünya liderləri sırasındadır.

Belə ki, bu ilin əvvəlində hər 100 min rusiyalıya 635 polis düşürdü. Müqayisə üçün: 2020-ci ilə qədər ABŞ-da hər 100 min nəfərə FTB və CIA daxil olmaqla 242, İngiltərədə 227, Çində 143 hüquq-mühafizə orqanı əməkdaşı düşür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə