Böyük Britaniyada diplomat Naycel Keysinin Rusiyaya yeni səfir təyin olunduğunu elan ediblər. O, bu vəzifəyə 2023-cü ilin noyabrından başlayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniya Nazirlər Kabinetinin saytındakı mesajlardan məlum olub.
Rus saytlarının yazdığına görə, 2020-ci ilin əvvəlindən ölkənin Rusiyadakı səfiri olan Keysinin sələfi başqa diplomatik işə keçəcək.
Qeyd edək ki, Naycel Keysi 2003-2006-cı illərdə Moskvada işləyib. Belə ki, o, Böyük Britaniyanın Rusiya paytaxtındakı səfirliyinin birinci katibi olub.
O, həmçinin Cənubi Afrika, ABŞ, Hindistan, Bosniya və Herseqovina, Əfqanıstan və Pakistanda da işləməli olub.
Bundan əlavə, o, 2021-ci ildən indiyədək Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi olub, Xarici İşlər Nazirliyinin Əfqanıstan və Pakistan departamentinə rəhbərlik edib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Britaniya hakimiyyəti Rusiya nümayəndələrinə BMT-nin tədbirində iştirak etmək üçün viza verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB