İslandiya avqustun 1-dən Moskvadakı səfirliyinin işini dayandıracaq

İslandiya avqustun 1-dən Moskvadakı səfirliyinin işini dayandıracaq

İslandiya avqustun 1-dən Moskvadakı səfirliyinin işini dayandıracaq. Rusiya Xarici İşlər Nazirliyinin qərarı barədə müvəqqəti işlər vəkili məlumat verib.

“Rusiya Xarici İşlər Nazirliyi təsdiq edir ki, İslandiyanın Rusiyadakı müvəqqəti işlər vəkili Maqnus Hannesson avqustun 1-dən İslandiyanın Moskvadakı səfirliyinin fəaliyyətinin dayandırılması barədə Rusiya Xarici İşlər Nazirliyinə məlumat verib. Hannesson öz funksiyalarını Reykyavikdən yerinə yetirməyə davam edəcək”.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirir.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət bundan əvvəl rus saytları Moskvanın Londonun siyasətinə cavab olaraq Britaniya diplomatlarının Rusiya ərazisində hərəkəti üçün bildiriş proseduru tətbiq etdiyi barədə xəbər vermişdi. Həmən xəbərə görə, indi diplomatlar 120 kilometrlik sərbəst hərəkət zonasından kənara çıxmaq üçün ən azı beş gün əvvəl xəbərdarlıq etməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə