Meşə yanğınları ilə əlaqədar bütün Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqra ərazisində fövqəladə vəziyyət tətbiq edilib.
Rayon rəhbəri Natalya Komarovanın verdiyi son məlumata görə, rayonda 9114,18 hektar sahədə 39 meşə yanğını, 599 hektar sahədə isə daha beş landşaft yanğını aktivləşib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda yanğınların söndürülməsinə 573 nəfər, Kareliya, Arxangelsk və Murmansk vilayətlərinin meşə yanğınları bölmələrindən əlavə 100 nəfər də cəlb edilib.
Voloqda vilayətindən daha 20 nəfərin də gələcəyi gözlənilir.
Əlavə edək ki, Uqrada mayın 25-dən başlayaraq meşələrə girmək qadağan edilib.
Maraqlıdır ki, hakimiyyət orqanları bu ərəfədə meşəyə girib, yanğının baş verməsinə səbəb olan şəxsləri nişan verənlər üçün 20 min rubl ödəməyi planlaşdırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB