Prezident Rəcəb Tayyib Ərdoğan Fransada polisin Əlcəzair əsilli yeniyetməni öldürməsindən sonra başlayan iğtaşaşlara toxunaraq deyib:
"Fransadakı hadisələrin kökündə müstəmləkəçilik dayanır".
SİA-nın əldə etdiyi məlumata görə, Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
Fransada keçən həftə polisin Əlcəzair əsilli gənci öldürməsindən sonra başlayan iğtişaşların kökündə müstəmləkəçilik olduğunu ifadə edən Ərdoğan “Zorakılıq zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi. Külək əkənlər tarix boyu olduğu kimi bu gün də fırtına biçirlər" deyib.
Dövlət başçısı Fransa küçələrində ixtişaşların daha çox qan tökülmədən və zorakılıq səviyyəsi artmadan ən qısa zamanda sona çatacağına ümid etdiyini də bildirib.
İctimai əmlaka ziyan vurmağı, küçələri yandırıb sökməyi, mağazaların talanını bəyənmədiklərini, küçə hadisələrinin qanuni hüquq axtarışı ola bilməyəcəyini ifadə edən Ərdoğan deyib:
“Ancaq aydındır ki, avtoritetlər də bu sosial partlayışdan dərs çıxarmalıdır”.
Prezident Ərdoğan onu da əlavə edib ki, Türkiyə Fransadakı hadisələrin miqrantlar və müsəlmanlara qarşı yeni təzyiq və təhdid dalğasına səbəb olacağından narahatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB