Minsk danışıqlar üçün platforma təqdim etməyə hazırdır

Minsk danışıqlar üçün platforma təqdim etməyə hazırdır

Belarus hakimiyyəti Ukrayna ilə bağlı danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə STV telekanalının efirində Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç bildirib.

Onun fikrincə, əgər “şərait yaranarsa” o zaman Minsk belə danışıqlarda birinci sırada olacaq. Ambrazeviç qeyd edib ki, Belarusun danışıqlarda vasitəçi kimi potensialı hamıya məlumdur.

O, həmçinin əlavə edib ki, Minsk heç vaxt vasitəçilik istəməyib, ona görə də o, danışıqlar üçün platformanı yalnız digər tərəflər maraqlı olduğu halda təqdim etməyə hazırdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə