Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdə Qurana hücuma sərt reaksiya verib və bildirib ki, nə fikir azadlığı adı altında buna icazə verənlər, nə də bu alçaqlığa göz yumanlar məqsədlərinə çatmayacaqlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sədri olduğu Ədalət və İnkişaf Partiyası (AK Partiya) təşkilatları ilə canlı video əlaqə ilə bayram proqramına qatılan Ərdoğan çıxışında deyib: “Polisin gözü qarşısında İslam və insanlıq düşmənləri təxribatlar törədir. İsveçdə bayramın ilk günü müqəddəs kitabımız Qurana qarşı edilən iyrənc hücum da onlardan biridir. Bu cinayəti törədənlər kimi fikir azadlığı adı altında buna yol verən və bu alçaqlığa göz yumanlar da öz məqsədlərinə çata bilməyəcəklər. Bildirmək istəyirəm ki, biz Türkiyə olaraq nə təxribat, nə də təhdid siyasətinə boyun əyməyəcəyik.
Terror təşkilatları və islamofobiya ilə qətiyyətlə mübarizə apararaq reaksiyamızı ən sərt şəkildə göstərəcəyik. Biz nəhayət, Qərbin təkəbbür abidələrinə öyrədəcəyik ki, müsəlmanların müqəddəslərini təhqir etmək fikir azadlığı deyil”.
Xatırladaq ki, İraq əsilli Salvan Momika İsveçin paytaxtı Stokholmda məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB