Rusiya Dövlət Duması plenar iclasda 3 sentyabr “Hərbi Şöhrət Günü”nün “Militarist Yaponiya üzərində Qələbə Günü” və “İkinci Dünya Müharibəsinin başa çatması” kimi adlandırılması haqqında qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, sənəd ötən ilin iyununda bir qrup deputat tərəfindən təqdim edilib.
Dəyişikliklər "Rusiyanın Hərbi Şöhrət Günləri və Xatirə Tarixləri haqqında" qanuna ediləcək. Sentyabrın 3-də qeyd olunan İkinci Dünya Müharibəsinin bitməsi günü artıq rəsmi olaraq millitarist Yaponiya üzərində Qələbə Günü və II Dünya Müharibəsinin bitməsi günü kimi qeyd olunacaq.
Təşəbbüs müəlliflərinin qeyd etdiyi kimi, millitarist Yaponiya üzərində qələbə ilə bağlı ifadə tarixi ədalət prinsipini əks etdirən federal qanun səviyyəsində müəyyən edilməlidir. “Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə Tokio Qərblə koordinasiyada ölkəmizə qarşı müasir Rusiya-Yaponiya münasibətlərində görünməmiş qeyri-dost kampaniyasına başlayıb”, - təşəbbüs müəllifləri qeyd ediblər. Onlar vurğulayıblar ki, Hərbi Şöhrət Gününün adının dəyişdirilməsi təşəbbüsü Yaponiyanın qeyri-dost hərəkətlərinə verilən cavablardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB