Blinkenin Çin lideri ilə görüşü başlayıb

Blinkenin Çin lideri ilə görüşü başlayıb

ABŞ dövlət katibi Antoni Blinkenin bu gün Çin Xalq Respublikasının sədri Si Tszinpinlə görüşü keçirilir. SİA BBC-yə istinadən xəbər verir ki, bunu Çin rəsmiləri təsdiqləyib.

Qeyd edək ki, Blinken Çinə iki günlük səfər edib. O, dünən Çinin xarici işlər naziri Çin Qanqla, bu gün isə Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyasının rəhbəri Vanq Yi ilə görüşüb. Görüşlərin məqsədi xüsusi vurğulanan bir neçə sahəyə diqqət yetirməkdir. Bu rəsmi görüşlərin iki supergüc arasında yüksək səviyyəli ünsiyyətin bərpasına kömək etməsi gözlənilir.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə