Belçika ərzaq qiymətlərini aşağı salmağa çalışır

Belçika ərzaq qiymətlərini aşağı salmağa çalışır

Belçika hökuməti ərzaq istehsalçılarından supermarketlərdə məhsulların qiymətlərini aşağı salmağı tələb edib. SİA xarici mediaya istinadla bildirir ki, iqtisadiyyat naziri Pierre Yves Dermagne Belçika Qida Sənayesi Federasiyası (Fevia) və qiymət monitorinqi agentliyinin nümayəndələri ilə görüşdən sonra ölkədə əsas ərzaq məhsullarının qiymətlərinin aşağı salınması ilə bağlı açıqlama verib.

Qida istehsalçılarından ən geci iyul ayının ortalarına qədər supermarketlərdə ərzaq qiymətlərini endirməsini gözlədiyini ifadə edən Dermagne, qida tədarükü danışıqlarında sektordan qiymətləri endirməyi tələb etdiyini ifadə etdi. "İstehlakçıların mağazalarda qiymət enişinin təsirini hiss etmək üçün aylarla gözləmələri qəbuledilməzdir" deyə Darmagne bildirib. Belçika ilə qonşu ölkələr arasında əsas ərzaq məhsullarında böyük qiymət fərqlərinin olduğunu qeyd edən Dermagne bu məsələni yaxından izləyəcəyini qeyd edib. Dermagne, xərclərin azalmasına baxmayaraq qiymətləri azaltmaq üçün addım atmayan qida istehsalçılarını ictimaiyyətə açıqlayacağını da bildirib. Son 1 ildə Belçikada yaşanan enerji böhranının təsiri ilə əsas ərzaq qiymətlərinin artması bazarlarda qiymətlərin sürətlə artması ilə nəticələnib. Lakin son zamanlar dünya bazarlarında enerji, taxıl, süd, yağ kimi bir çox əsas məhsulların qiymətləri ucuzlaşsa da, bu vəziyyət ölkədəki qiymətlərdə özünü göstərmir. Belçika ilə qonşuları Fransa və Almaniya arasında da böyük uçurum var. Bir çox belçikalılar da alış-verişə qənaət etmək üçün qonşularına gedirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə