Xerson vilayətindən 7,2 min nəfər təxliyə edildi

Xerson vilayətindən 7,2 min nəfər təxliyə edildi

Xerson vilayətində daşqın zonasından 7,2 min nəfər təxliyə edilib. Belə bir məlumatı iyunun 12-də özünün Telegram-da regionun rəhbəri vəzifəsini icra edən Vladimir Saldo verib.

Xilasedicilər Ukrayna hərbçiləri tərəfindən Kaxovskaya su elektrik stansiyasının dağıdılmasından sonra daşqın zonasında olan Xerson vilayətinin yaşayış məntəqələrindən 7,2 min insanı təxliyə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Vladimir Saldo bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə