Fransadan Rusiya ilə bağlı İrana xəbərdarlıq

Fransa lideri Emmanuel Makron iyunun 10-da iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Ukrayna münaqişəsində Moskvaya dəstəyi dayandırmağı tövsiyə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Makron bildirib ki, Tehranın Moskvaya PUA tədarükü humanitar və təhlükəsizlik sahəsində ciddi mənfi nəticələrə gətirib çıxarır.

İran liderinin nümayəndəsi Məhəmməd Cəmşidi iki prezident arasında söhbətin 90 dəqiqə davam etdiyini, söhbətin ölkələr arasında əlaqələrin inkişafından getdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə