Çin, ABŞ-ı izləmək üçün Kubada gizli bir baza yaradacaq

Çin, ABŞ-ı izləmək üçün Kubada gizli bir baza yaradacaq

Çin, Kubada ABŞ-ı izləməyə imkan verən gizli bir baza yaradacaq. Pekinin bunun üçün bir neçə milyard dollar ödəyəcəyi deyilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Wall Street Journal” yazıb.

Beləliklə, nəşrin əldə etdiyi məlumatlara görə, Pekinin mesajları kəsmək və peyk də daxil olmaqla müxtəlif rabitə kanalları vasitəsilə saxlanılan zəngləri dinləmək üçün adaya radar kəşfiyyatı aparacağı söylənilir.

Mənbələrə görə, Çin quruluşu ABŞ-ın Florida ştatından 160 kilometr məsafədə yerləşəcək və orada yerləşən ABŞ hərbi bazalarını və həmçinin gəmilərin hərəkətlərini izləyəcək.

Çinin Kubada hərbi obyekt yaratması, təbii ki, Ağ Evdə təşviş yaradıb. Qeyd edək ki, bunu “The Wall Street Journal” da etiraf edib.

Onu da qeyd edək ki, təsadüfi deyil ki, bu gün Vaşinqton Pekini özünün ən mühüm iqtisadi və hərbi rəqibi hesab edir. Məhz elə bu mənada inkişaf etmiş hərbi və kəşfiyyat imkanlarına malik Çin bazası ABŞ üçün təhlükəyə çevrilə bilər.

Maraqlıdır ki, yaşantılarla bağlı nə Çin və Kubanın ABŞ-dakı səfirlikləri heç bir məlumatı şərh etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə