Türkiyə Belqrad və Kosovo arasında vasitəçilik etmək istəyir

Rəcəb Tayyib Ərdoğanın administrasiyası Türkiyənin Serbiya və Kosovo arasında dialoqun qurulmasına töhfə verməyə hazır olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Qeyd edək ki, çərşənbə günü Türkiyə prezidenti Serbiya prezidenti Aleksandr Vuçiç və özünü elan etmiş Kosovo Respublikasının baş naziri Albin Kurti ilə telefon danışığı aparıb.

“Prezident Ərdoğan danışıqlar zamanı Türkiyənin dialoq prosesinə töhfə verməyə hazır olduğunu bildirib”.

Türkiyə lideri hesab edir ki, dialoq regionda davamlı sülhün bərqərar olması üçün yeganə yoldur.

O, həmçinin Vuçiç və Kurti ilə ikitərəfli münasibətləri müzakirə edib.

Mayın 28-də Vuçiç Kurtini Ukraynanın rəhbəri Vladimir Zelenski kimi davranmaqda ittiham edib. Onun fikrincə, belə bir istək tezliklə Kosovoda vəziyyətin kəskinləşməsinə səbəb olacaq, çünki serblər bundan sonra buna dözmək fikrində deyillər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə