Zelenski ön cəbhəyə baş çəkib

Zelenski ön cəbhəyə baş çəkib

Ukrayna prezidenti Volodimir Zelenski ön cəbhəyə baş çəkib. SİA xarici mətbuata xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında yazıb.

"Bu gün mən cəbhə xəttindəyəm. Ukraynanı müdafiə edən hər kəsə eşq olsun!", - o qeyd edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə