Olland siyasətdə təsadüfi adam olub? Lukaşenko belə deyir

Olland siyasətdə təsadüfi adam olub? Lukaşenko belə deyir

Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş fransalı həmkarı Fransua Ollandı siyasətdə təsadüfi adam adlandırıb. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, o, bu mövqeyini rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

Qeyd edək ki, Zarubin Lukaşenkodan Minsk razılaşmaları, eləcə də bu sənədi imzalayan Avropa qarantlarından biri kimi Fransua Olland barədə soruşub.

“Qulaq as, mən bu adam haqqında ümumiyyətlə danışmaq istəmirəm. Hakimiyyətdə təsadüfi bir adam idi. Fransız xalqı isə onu yüksək qiymətləndirəcək.

Qərb siyasətçiləri Minsk razılaşmaları bağlanan vaxt yalan danışırdılar, indi də yalan danışırlar, sabah da yalan danışacaqlar. Sonra hər şeyi ciddi etdilər, indi trenddə olmaq istəyirlər. Mən bunu 130 faiz bilirəm”, - deyə Lukaşenko cavab verib.

Maraqlıdır ki, Lukaşenko Fransua Ollandın siyasətdə təsadüfi şəxs olduğuna inanmasının səbəbləri barədə danışmayıb.

Bundan əvvəl Fransanın keçmiş prezidenti Fransua Olland, Ukrayna və Avropa İttifaqını gücləndirmək üçün bağlanan Minsk razılaşmalarının son nəticədə Kiyevin əlinə keçdiyini demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə