“Ermənistanın qanuni hakimiyyətini təhqir edənlərə hüquqi cavab...”

“Ermənistanın qanuni hakimiyyətini təhqir edənlərə hüquqi cavab...”

“...2-3 nəfər məni möhkəm tuturdu və Ermənistan Milli Assambleyasının sədri qarşıma gəlib üzümə tüpürdü”.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu repatriant (yəni nə vaxtsa vətənindən qaçıb indilərdə İrəvana dönən-A.B.) Karen Mkrtçyan öz “Facebook” səhifəsində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın onu necə aşağıladığı barədə danışarkən yazıb.

Mkrtçyanın sözlərinə görə, o, Simonyanla İrəvanın mərkəzində, Kaskad ərazisində mühafizəçiləri ilə birlikdə rastlaşarkən assambleya sədri onu “satqın” adlandırıb.

Daha sonra Mkrtçyana yaxınlaşan Simonyan cangüdənləri onu tutublar və Alen Simonyan bundan istifadə edərək onun sifətinə tüpürüb.

Maraqlıdır ki, baş verənlərlə bağlı müxalifətin “Mənim şərəfim var” parlament fraksiyasının rəhbəri Hayk Mamicanyan da danışıb.

Onun sözlərinə görə, Alen Simonyan Mkrtçyana tüpürməzdən əvvəl onu yaxşıca təhqir edib.

Mamicanyan deyib ki, Simonyanın mühafizəçiləri polis gələnə qədər Karen Mkrtçyanı tutub saxlayıblar. Daha sonra Mkrtçyan polis şöbəsinə aparılıb, kimliyi dəqiqləşdirildikdən sonra sərbəst buraxılıb.

Erməni mediasının yazdığına görə, Karen Mkrtçyan Kanada vətəndaşıdır və AXC Daşnaksütyun partiyası Bürosunun üzvü Mkrtiç Mkrtçyanın oğludur.

Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın mərkəzində iştirakı ilə bu gün baş verən insidentlə bağlı xəbərlərə münasibət bildirib.

Simonyan “Facebook” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, baş verənlərlə bağlı “çoxları əllərini isitməyə çalışıb”.

Onun sözlərinə görə, ilk olaraq Karen Mkrtçyan baxışları ilə onu “təhqir edib”.

“...Məhz sizin belə həyasızlığınız cavabsız qalmayacaq, Ermənistanın qanuni hakimiyyətini təhqir edənlərə hüquqi cavab veriləcək”.

...Alen Simonyan deyib bunu?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə