Bu arada Ukraynada – Buçadakı çıxışı zamanı səmimi bəyanatı ilə ukraynalıları heyran edən Sloveniyanın Baş naziri Robert Qolob, ukraynalıların dövlət bayrağının indi iki ölkənin ümumi dəyəri olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qolob rəsmi müvafiq müraciəti Rusiya ordusunun Kiyev vilayətindəki hərəkətlərindən ən çox zərər çəkmiş yer sayılan şəhərin işğaldan azad edilməsinin ildönümü şərəfinə edib.
Qeyd edək ki, tədbirdə Sloveniya hökumətinin başçısı Ukrayna dilində danışıb: o, Ukrayna himninin sözlərini sitat gətirib və Ukrayna bayrağına “aşiq olduğunu” etiraf edib.
"Sizin bayrağınız indi bizim bayrağımızdır. Sloveniyada biz onu bütün dövlət qurumlarının qarşısında, həmçinin mənim baş nazirimin ofisinin qarşısında asırıq", - deyə Robert Qolob bəyan edib.
Xatırladaq ki, bu gün Ukrayna cəmiyyəti hərbi tarixi - Ukraynanın Buça şəhərinin (Kiyev vilayəti) rus işğalçılarından azad edilməsinin ildönümünü qeyd edir. Bunun şərəfinə dövlət lideri Vladimir Zelenski səhər saatlarında ukraynalılara müraciət edib və müvafiq tədbirlər zamanı bir sıra mühüm bəyanatlar verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB