Pentaqon Rusiya və Çinlə kosmik müharibəyə hazırlaşır. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Beləlilə, deyilənlərə görə, Ağ Ev ABŞ Kosmik Qüvvələrinə 30 milyard dollar xərcləməyi planlaşdırır. Vəsaitlər hərbçiləri mümkün münaqişəyə hazırlamaq üçün simulyatorlara və digər xüsusi avadanlıqlara yönəldiləcək.
Raketlərin və peyklərin buraxılması bacarıqlarına xüsusi diqqət yetiriləcək, çünki bu, döyüşdə böyük üstünlük verə bilər.
Onlar həmçinin indi Rusiya və Çin texnologiyalarından daha aşağı olan kosmik texnologiyaları müasirləşdirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB