Bu arada Almaniyanın xarici işlər naziri Annalena Berbok Şimali Makedoniyanın yerinin Avropa İttifaqı olduğunu bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Berbok Şimali Makedoniyaya səfər etməzdən əvvəl əhəmiyyətli bəyanatlar verib.
"Şimali Makedoniyanın yeri, digər Qərbi Balkan tərəfdaşlarımız kimi, Avropa İttifaqıdır'',-deyə Analena Berbok qeyd edib.
Şimali Makedoniya xalqının üzvlük prosesi ilə bağlı böyük ümid və gözləntilərinin onlar üçün həm fürsət, həm də təhlükə olduğuna diqqət çəkən Analena Berbok deyib: “Bu, bir təhlükədir, çünki son 17 ildə əldə edilən bütün irəliləyişlərə baxmayaraq Aİ olaraq onların gözləntilərini qarşılaya bilməsək makedoniyalıları itirə bilərik”.
Analena Berbok çıxışında: “Şimali Makedoniya parlamentində konstitusiya dəyişikliyinə geniş dəstək təkcə ölkə daxilində deyil, həm də ondan uzaqda bütün regiona siqnal göndərəcək: ''Avropa İttifaqına tam hüquqlu üzv olmaq istəyirik və bunun üçün lazımi addımları atacağıq'' ifadələrinə yer verib.

Bütün xəbərlər Facebook səhifəmizdə