İspanlar baş nazir Sançesi Ukraynaya səfərinə görə tənqid ediblər?
Bu arada İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya səfər edib, lakin, rus saytlarının yazdığına görə, bu, onun ölkəsinin sakinlərini o qədər də qane etməyib?
SİA-nın yenə də rus saytlarından əldə etdiyi məlumata görə, Zelenski ilə Sançesin mikrobloqunda yer alan birgə fotoları istifadəçilər arasında qalmaqal yaradıb?
Maraqlıdır ki, bir çox istifadəçilərin fikrincə, onlar “bütün ölkə Ukraynanın qələbəsinin tərəfdarıdır” fikrini qətiyyən bölüşmürlər.
“Mən baş verənlərin qəti əleyhinəyəm, mənim yerimə danışma!”
Bunu istifadəçilərdən biri yazıb.
Bəzi istifadəçilər isə İspaniyanın əsl düşməninin ABŞ və Avropa İttifaqının qaldığını da iddia edirlər.
“Bütün İspaniya olmasa da, amma bizim hökumətdə də Putini dəstəkləyənlər var”.
Bunu da başqa bir ispan istifadəçisi yazıb.
Maraqlıdır ki, bəzi yerlilər İspaniyanın baş nazirindən adi ispanları Ukraynadakı münaqişəyə cəlb etməməyi xahiş ediblər.
Xatırladaq ki, Pedro Sançes bu həftə Ukraynaya səfər etdi, lakin onun səfəri planlaşdırılmamış oldu. Bundan əlavə, səfər son dərəcə məxfilik şəraitində təşkil olunub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB