Onlayn alış-veriş zamanı rastlaşsanız, diqqətli olun!

Dünyada 900-ə yaxın növü olan buğumayaqlılar qrupuna daxil olan və qanunsuz yollarla Türkiyəyə gətirilən tarantulalar qadağaya baxmayaraq internet saytlarında satışa çıxarılır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Lasiodora parahybana”, “Tliltocatl albopilosum” və “Pterinochilus Murinus” cinsinə aid tarantulaların hər biri 125-2500 lirə arasında dəyişir.

Reklamların şərhlərində tarantulaları satışa çıxaranların yazdıqları aşağıdakı ifadələr diqqət çəkir: "Türkiyənin istənilən yerinə güvənlə göndərə bilərəm. Kiçik yaşayış sahəsi və idarə oluna bilən mikroun qurdu əlavə olaraq veriləcək. Gün ərzində əlaqə saxlayın", "Toplu alanlara endirimlər var", "Yem yeməkdə problem yoxdur", "Əlimə almağa cəsarət etmədiyim üçün aqressiv olub-olmadığını bilmirəm. Onların terrariumdan qaçmaq vərdişləri yoxdur. Çox gözəl məxluqdur. Rənglər yerindədir. Qiymətə terrarium daxildir. Cinsiyyətindən tam əmin deyiləm, amma yüzdə 80-i dişidir, Dişi erkək murinus canlı olduğuna görə satılır. Nağd pula sahib olmaq prioritetdir, lakin mən münasib ticarət təkliflərinə açığam”.

Bütün xəbərlər Facebook səhifəmizdə