62-dən 64-ə qaldırılan pensiya yaşı Fransada gərginliyi artırdı

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə...
62-dən 64-ə qaldırılan pensiya yaşı Fransada gərginliyi artırdı

Fransanın paytaxtı Paris növbəti dəfə hadisələrə səhnə olub: ölkə prezidenti Emmanuel Makronun pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsi gərginliyi artırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu dəfə küçələrə çıxanların əksəriyyəti gənclər olub.

Fransanın hər yerini nümayişlər və etirazlar bürüyüb.

Yanvarın 19-dan başlayan tətillər həyatı dondurub: qatarların hərəkəti dayanıb, məktəblərdə təhsilə ara verilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, son 3 gündə 1 milyondan çox adam küçələrdə etiraz aksiyasına qoşulub.

Parisdəki nümayişlərə 5 mindən çox polis məmuru cəlb olunub. Nümayişlərdə 40-dan çox fəal saxlanılıb.

Həmkarlar İttifaqı E.Makron qanun layihəsini geri götürənə qədər nümayişlərin və tətillərin davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə