39 yaşlı sabiq futbolçu həbs olunub

39 yaşlı sabiq futbolçu həbs olunub

"Barselona"nın və Braziliya millisinin 39 yaşlı sabiq futbolçusu Dani Alveş həbs olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərarı Barselona məhkəməsi verib.

Belə ki, məhkəmə onu 23 yaşlı qıza qarşı zorakılıq hərəkətlərində təqsirli bilərək müvəqqəti həbs cəzasına məhkum edib.

Xatırladaq ki, bir müdddət əvvəl həmin qadın futbolçunu ona cinsi təcavüz etməkdə ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə