Ararat Mirzoyan NATO baş katibi Yens Stoltenberqlə görüşəcək

Ararat Mirzoyan NATO baş katibi Yens Stoltenberqlə görüşəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibi Yens Stoltenberqlə görüşəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərbi alyansın mətbuat xidməti məlumat yayıb.

Görüş Mirzoyanın Belçikaya səfəri çərçivəsində baş tutacaq. Tərəflər 23 yanvarda təşkilatın Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında görüşəcəklər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə