Baş Qərargah Ukrayna Silahlı Qüvvələrinin dağıdıcı hava zərbələri ilə bağlı məlumatları açıqlayıb
Rusiyanın yeni itkiləri

Yanvarın 2-də Ukrayna aviasiyası Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə on dəfə, zenit-raket komplekslərinin mövqelərinə isə beş dəfə güclü zərbələr endiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam yekununda məlumat verib.

Qeyd edək ki, qərargah dekabrın 31-də Donetsk vilayətinin Makeevka şəhərində rusların cəmləşdiyi əraziyə hücumu təsdiqləyib, orada onlar düşmənin 10-a qədər müxtəlif təyinatlı hərbi texnikasını məhv edib və zədələyiblər: “işğalçıların şəxsi heyətinin itkiləri dəqiqləşdirilir”.

Bundan əlavə, hesabatda Rusiyanın gün ərzində İranın Şahed-131/136 kamikadze pilotsuz təyyarələrindən istifadə etməklə 27-si mülki infrastruktura olmaqla bir raket və 28 hava zərbəsi endirdiyi qeyd olunur.

Hazırda “Ukraynanın hər yerində növbəti hava və raket zərbələri təhlükəsi qalmaqdadır”.

Xatırladaq ki, bunu da Baş Qərargah xəbərdarlıq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə