NATO-nun baş katibi Yens Stoltenberq Qərbi, Ukraynaya uzunmüddətli dəstək verməyə hazırlaşmağa çağırıb.
SİA NATO müttəfiqləri Kiyevə uzunmüddətli dəstək verməyə hazırlaşmalıdırlar, çünki Rusiya güzəştə getmək istəyini nümayiş etdirmir.
TRT telekanalına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO-nun Ukraynaya hərbi dəstəyi Moskvanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatı dayandırmağa məcbur edəcək.
O qeyd edib ki, Rusiyada səfərbərlikdən sonra hərbçilərin sayı artıb və səfərbər olunanların çoxu hazırda təlim keçir: “Bütün bunlar göstərir ki, rus qoşunları müharibəni davam etdirməyə və mümkün yeni hücum cəhdinə hazırlaşır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB