Çeçenistanlı bloger İsveçdə yoxa çıxıb?

İsveçdə yaşayan çeçen müxalifətçi bloger Tumso Abduraxmanov bir gündən artıqdır ki, əlaqə saxlamır. Dekabrın 1-də sosial şəbəkələrdə onun qətli ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bundan sonra jurnalistlər dəfələrlə həm Tumsonun özü, həm də qardaşı Məhəmməd Abduraxmanovla əlaqə saxlamağa cəhd etsələr də, heç bir nəticəsi olmayıb.

Avropada yerləşən Çeçen insan haqları təşkilatı “Vayfond” da iki qardaşın harada olması barədə məlumatlara malik deyil. Tumso Abduraxmanovun teleqram kanalında sonuncu qeydi noyabrın 30-da dərc olunub. İsveç polisinin cinayət xəbərlərində Abdurahmanovun qətli barədə məlumat verilmir.

Qeyd edək ki, “Qafqaz düyünü” onlayn nəşri Abdurahmanovla əlaqə saxlaya bilmədiyini təsdiqləsə də, amma onun ölümü ilə bağlı yayılan xəbərlərin doğruluğuna şübhə ilə yanaşdığını bildirib.

Avropa Çeçen Assambleyasının mətbuat katibi Şamil Albakov deyilənləri şayiələr adlandırıb və onların Abdurəhmanovun yaşadığı eyni məhəllədə bir gəncin qətli ilə bağlı məlumatın kriminal xronikasında dərcindən sonra ortaya çıxdığını irəli sürüb.

Qeyd edək ki, Tumso Abdurahmanov çeçen müxalifətçi blogerdir. Videolarında o, Çeçenistanda insan haqlarının pozulmasından və yerli hakimiyyət orqanlarının digər sui-istifadələrindən danışır.

O, çeçen müxalifət fəalları və respublika rəhbəri Ramzan Kadırovun tənqidçiləri ilə müsahibələr dərc edir. 2010-cu illərin ortalarında Kadırovun qohumlarından biri ilə münaqişədən sonra Abduraxmanov Çeçenistanı və Rusiyanı tərk edib. 2021-ci ildə o, İsveçdən siyasi sığınacaq alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə