Ukrayna Silahlı Qüvvələrində "Başkort" başqırd batalyonu yaradılıb

Ukrayna Silahlı Qüvvələri tərkibində başqırdların “Başkort” batalyonu meydana çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə WarGonzo Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, yeni batalyonun yaradılmasını Rusiyada fəaliyyəti qadağan edilmiş eyniadlı radikal millətçi təşkilatın yaradıcısı Ruslan Qabbasov elan edib.

Telekanal yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin tərkibində yeni millətçi bölmənin yaradılmasının təfərrüatlarını bölüşməyi planlaşdırır.

Bundan əvvəl WarGonzo Ukrayna silahlı qüvvələrinin pikap avtomobilinin məhv edilməsinin görüntülərini nümayiş etdirib. Videoda mərminin avtomobilə necə dəydiyi göstərilir. Maşın dağıdılmış yaşayış məntəqəsindən keçib, hücumdan sonra dərhal dayanıb və iki hərbçi maşından düşərək yerə yıxılıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Fransanın Ukraynada cinayətlər üzrə xüsusi tribunal yaratmaq qərarına qəzəblənmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə