Braziliyada 30 nəfər itkin düşüb

Braziliyanın cənubunda yerləşən Parana ştatında torpaq sürüşməsi nəticəsində 30 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə “G1” portalı xilasedicilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sürüşmə nəticəsində magistral yolda olan avtomobillər torpağın altında qalıb.

Ümumilikdə, yük maşınları da daxil olmaqla 16 minik avtomobili torpaq altında qalıb. İndiyədək iki nəfərin meyiti aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə