Konqo prezidentini zəhərləmək istəyiblər?

Konqo Demokratik Respublikasında prezident Feliks Tşisekedini sianidlə zəhərləməyə cəhd ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xarici nəşrlər xəbər verir.

Verilən məlumata görə, prezidentə ünvanlanan məktub poçt vasitəsilə noyabrın 12-də dövlət başçısının Kinşasa şəhərindəki ofisinə çatdırılıb.

Belə ki, zərfdə olan deşiklər mühafizə xidmətinin şübhəsinə səbəb olub. Məktub ekspertizaya göndərilib və orada sianid birləşmələrindən birinin - güclü zəhərin izləri aşkar edilib. Qeyd edək ki, zərfdə bir səhifəlik mətn və bir qəzet olub.

Yeri gəlmişkən, ölkənin xüsusi xidmət orqanları məktubun Fransada yerləşən beynəlxalq təşkilatlardan biri tərəfindən göndərildiyini müəyyən edib.

Qeyd olunur ki, Fransanın Konqodakı səfiri məsələ ilə bağlı danışıqlar aparmaq üçün Konqo Xarici İşlər Nazirliyinə çağırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə