Pekində izdiham yaşanıb

Paytaxt Pekində və Şanxayda izdiham yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əhali komendant saatına etiraz edib.

COVID tədbirlərindən təngə gələn insanlar "Şi istefa" şüarları səsləndirdilər. Çində belə etirazlara nadir hallarda rast gəlinir.

Pekin administrasiyasına bu cavab, keçən cümə axşamı Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə 10 nəfərin ölümü ilə nəticələnən yanğından sonra edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə