ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanımaqdan imtina edib?

ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanımaqdan imtina edib?

Rusiya ABŞ qanunları ilə müəyyən edilmiş terrorizmə sponsorluq edən dövlət anlayışına uyğun gəlmir, ona görə də biz onu belə tanımırıq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu açıqlama ilə Amerikanın beynəlxalq cinayət ədaləti üzrə xüsusi tapşırıqlar üzrə səfiri Bet Van Şak çıxış edib.

“Biz dövlətləri terrorizmin sponsorları kimi tanıya bilərik, lakin bizim qanunvericiliyimiz Avropadakından bir qədər fərqli tərif verir. Düzünü desəm, Rusiya sadəcə olaraq onun çərçivəsinə sığmır”-deyə Van Şak bildirib.

Onun dediyinə görə, Vaşinqton Rusiya Federasiyasına qarşı sanksiyaları “inanılmaz səviyyəyə” çatdırıb və buna görə də ona hər hansı konkret tərif verməyə bilər. Van Şakin fikrincə, Rusiyaya terrorizmin dövlət himayədarı statusunun verilməsi onun üçün yaxşı seçim deyil, lakin ABŞ Avropa təşəbbüsü ilə eyni məqsədə nail ola biləcək digər mümkün tərifləri araşdırır.

Xatırladaq ki, Avropa Parlamenti Ukraynadakı vəziyyətə görə artıq Rusiya Federasiyasını terrorun sponsoru kimi tanıyıb.

Rus saytlarının yazdığına görə, qəbul edilmiş qətnamənin hüquqi qüvvəsi yoxdur və məsləhət xarakteri daşıyır.

Qeyd edək ki, sənədi Avropa Parlamentindəki 596 deputatdan 494-ü dəstəkləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə