Azərbaycanın mobil operatoru "Azercell Telekom"un baza stansiyalarının sayı 4 min 788-ə çatıb. Şirkətdən bildirilib ki, son 3 ayda "Azercell" 20 sayda 2G, 84 sayda 3G və 7 sayda 4G baza stansiyası quraşdırıb. Hazırda ölkə ərazisində "Azercell"in 2 min 680 sayda 2G, 1844 sayda 3G və 264 sayda 4G baza stansiyası mövcuddur. Şirkət bu ilin əvvəlindən yeni 2G, 3G və 4G baza stansiyasını abunəçilərin istifadəsinə verib və son iki ildə öz şəbəkəsini 25 faiz gücləndirib.
"Azercell" ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB