"Verilənlərin Emalı Mərkəzi və Təhlükəsizlik: dəyişikliklər astanasında" FOTOLAR

"Verilənlərin Emalı Mərkəzi və Təhlükəsizlik: dəyişikliklər astanasında" FOTOLAR

Azərbaycanda ilk dəfə Cisco-nun "Verilənlərin Emalı Mərkəzi və Təhlükəsizlik: dəyişikliklər astanasında" forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirə 300 yaxın İT-mütəxəssis, analitik və jurnalist qatılıb.

Tədbiri Cisco-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov açıb.

Daha sonra Cisco-nun MDB ölkələri üzrə mühəndislər və konsultantlar qrupunun rəhbəri Aleksey Bessaraba adaptiv İT-lərin yaradılması üçün nəzərdə tutulan həllərə həsr edilən plenar çıxış edib.

Forumun davamında 20-yə yaxın çıxış olub. Ardınca iki texnoloji axın: "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" - çərçivəsində Cisco və onun tərəfdaşlarının ən son məhsullarının nümayişi olub. Dünyanın informasiya təhlükəsizliyi bazarının tanınan lideri olan Cisco şirkəti virtuallaşdırılmış mühit, kontent və mobil cihazların qorunması, şəbəkə çıxışına və proqramlara nəzarət, zərərli kodlarla mübarizə və s. bu kimi əməliyyatlar üçün bir sıra yeni həllər təqdim edib.

Cisco-nun informasiya təhlükəsizliyi məhsullarının satış üzrə meneceri Vladimir İlibman Cisco-nun yeni təhlükəsizlik modeli haqqında danışıb. Bildirib ki, həmin modelin məqsədi korporativ şəbəkəyə daxil olmadan öncə geniş təhlükələr çeşidinin hücum və hücumdan sonrakı mərhələdə aşkarlanması və neytrallaşdırılmasıdır.

Cisco-nun sistem mühəndisi Pavel Rodionovun çıxışı isə təhlükəsiz internet-mühitin yaradılmasına və müasir virtuallaşdırılmış VEM-lərin qorunmasına həsr olunub.

"Verilənlərin emalı mərkəzləri" axını üzrə iştirakçılar virtuallaşdırılmış və miqyaslana bilən VEM-lərin yaradılması üçün nəzərdə tutulan ən son Cisco həllər ilə tanış olublar. NetApp-ın MDB ölkələri üzrə biznes inkişafı direktoru Vladimir Novikov VEM üçün ən məşhur arxitekturalardan biri olan FlexPod haqqında danışıb. Cisco-nun mühəndis-konsultantı Viktor Podkorıtov forum iştirakçılarını inqilabi VEM şəbəkə infrastrukturu konsepsiyası olan Cisco ACİ ilə tanış edib.

Daha sonra iştirakçılar böyük korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə, həmçinin operatorlar bazarında yeni nəsl VEM-lərin yaradılması üçün aparıcı həllərə çevrilmiş Cisco Nexus və UCS məhsulları haqqında ətraflı məlumat əldə ediblər. V. Podkorıtov öz çıxışında VEM şəbəkələrinin yaradılması üçün Cisco Nexus kommutatorlarının üstünlüklərinə toxunub. Cisco-nun sistem mühəndisi Anastasiya Marçenko Cisco UCS serverləri, onların nadir xüsusiyyətləri və həmin məhsul xəttinin inkişafı strategiyası haqqında danışıb. V. Podkorıtovun daha bir çıxışı Cisco UCS Director proqram məhsuluna həsr olunub. Həmin məhsul hazırda İT-təşkilatlarda çalışan mütəxəssislərin əllə həyata keçirdiyi uzunsürən və mürəkkəb prosesləri avtomatlaşdırmağa imkan verir. Viktor Cisco UCS Director məhsulunun Vblock, FlexPod və VSPEX kimi ən məşhur konvergent və inteqrasiya olunmuş infrastruktur sistemlərinin əksəriyyətini necə dəstəklədiyini dinləyicilərin nəzərinə çatdırdı.

Cisco şirkəti haqqında

İnformasiya texnologiyaları sahəsinin ümumdünya lideri Cisco şirkətlərə gələcəyin imkanlarından istifadə etməyə yardım edir və öz simasında sübut edir ki, qoşulmayanı qoşduqda heyranedici nəticələri əldə etmək olar.

2014 maliyyə ilində şirkətin təmiz satış həcmi 47,1 milyard ABŞ dolları təşkil etdi, cari maliyyə ilinin 9 ayı ərzində isə 36,3 milyard ABŞ dolları. Şirkətin həlləri, texnologiyaları və cari fəaliyyəti haqqında məlumatları www.cisco.ru və www.cisco.com saytlarından əldə etmək olar.

Cisco, Cisco loqotipi, Cisco Systems və Cisco Systems loqotipi Cisco Systems, Inc. şirkətinin ABŞ və bəzi digər ölkələrdəki qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Hazırkı sənəddə qeyd edilən bütün digər ticarət nişanları müvafiq sahiblərin mülkiyyətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə