"Apple" ticarət nişanının Azərbaycanda rəsmi təmsilçisi "Almastore" mağazalar şəbəkəsində "iPhone" telefonlarının satışı dayandırılıb. Bu barədə "Report" xəbər verir.
"Apple" məhsullarını ölkəyə idxal edən "Almastore"dan verilən məlumata görə, ölkəyə "iPhone"ların idxalı dayandırılıb və prosesin may ayından sonra bərpa olunacağı gözlənilir: "O vaxta qədər isə "Almastore" mağazalarında "iPhone" satılmayacaq".
Bununla yanaşı bildirilib ki, may ayından sonra Azərbaycana gətiriləcək telefonlar yeni qiymətlə satışa çıxarılacaq və bu, indikindən bir qədər yüksək olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB