Şirkət telefonları təklif olunan qiymətdən 4-7 min rubl (təxminən 80-140 manat arası) daha ucuz satmağı təklif edib. Endirimin səviyyəsi isə modeldən asılı olaraq dəyişir. Hətta qiymətlərin əks olunduğu prays-list artıq Rusiyadakı pərakəndə satış dükanlarına göndərilib.
Məsələn, rus istehlakçıları indi Apple iPhone 6 Plus 64 Gb modelini endirimlə 62 min 990 rubla (təxminən 1272 manat) ala biləcəklər. Bundan başqa, ən ucuz altıncı seriya telefonu olan iPhone 6 16Gb modelinin qiyməti də 48 min 990 rubla (təxminən 990 manat) qədər endirilib. Qiymətlərin MDB ölkələrində də aşağı düşəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar və iqtisadi böhranla əlaqədar ölkədə bir çox xarici şirkətlərin gəlirləri xeyli azalıb. Hətta bəzi şirkətlər bu səbəbdən ölkədəki ofislərini də bağlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB