Amerikanın "Apple" şirkəti yeni nəsil iPhone smartfonlarının təqdimatına dəvətlər göndərib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurğular sentyabrın 10-da nümayiş etdiriləcək. Məlumata əsasən, Silikon vadisinin ekspertləri əmindirlər ki, Amerika korporasiyası eyni anda qurğunun iki versiyasını təqdim edəcək. Mütəxəssislər hesab edirlər ki, Apple artıq yalnız bahalı smartfonların istehsalı ilə məşğul olmayacaq. Belə ki, iPhone smartfonunun büdcəyə uyğun versiyasının korpusu plastik materialdan hazırlanacaq, müxtəlif rəngli çıxarılan panellərdən ibarət model təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB