Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan "Digitürk" sentyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərməyə başlayacaq. SİA-nın məlumatına görə, filiallarından birini Park Bulvar AVM-də açan "Digitürk" ilk olaraq 5 filialla fəaliyyətə başlayacaq.
"Digitürk" 2014-cü ilin sonunadək filialların sayını 10-dək artıraraq bütün Azərbaycan ərazisində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. HD və 3D formatında yayım təklif edən Digitürk müştərilərinə Asiya Meqa Paket, Asiya Spor Paketi, Asiya Çempionlar Paketi və Asiya Standart paketlərindən birini seçmək imkanı qazandırır.
Azərbaycan tamaşaçısı ayda 7 AZN-dən başlayaraq "Digitürkə" qoşula bilərlər. LİG TV yayınlarını və Spor Toto Super Lig oyunlarını izləmək istəyənlər ayda 21 AZN-dən başlayan tariflərlə Asiya Spor Paketinə qoşularaq super liqa həyacanını yaşaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB